“Cəbrayıl”ın I Liqa ümidlərini saxlayan futbolçu: “Qürur duyuram”

“Cəbrayıl” Azərbaycan II Liqasında mövsümü 2-ci sırada bitirib.

Futbolpress.az xəbər verir ki, son turda “Füzuli”ni məğlub edən (2:1) komanda I Liqaya vəsiqə uğrunda pley-off oynayacaq.

“Cəbrayıl”la son oyunda qələbə qazandıran qolu vuran Ruslan Voronsov fikirlərini bölüşüb:

“Allaha şükür, bu sınaqdan da üzüağ çıxdıq. Komanda yoldaşlarıma çox sağ ol deyirəm. Bizə inanan, dəstək olan azarkeşlərə təşəkkür edirəm. Bu klubun şərəfini qorumaqdan qürur duyuram”.

“Cəbrayıl” I Liqaya vəsiqə uğrunda “Difai Ağsu” ilə qarşılaşacaq.