“Bütün diqqətimi Bakıdakı tapşırığa yönəltmişəm”

“Quba” basketbol klubunun yeni transferi Jalen Reynolds açıqlama verib.

Futbolpress.az xəbər verir ki, amerikalı oyunçu klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Quba”ya keçidim yaxşı və rahat oldu. Mən Bakını və mənə qucaq açıb qarşılayan komanda yoldaşlarımı sevirəm. Bu mənim legioner həyatı yaşadığım ilk klubumdur və ABŞ-dən fərqlidir. Amma düşünürəm ki, buna öyrəşəcəyəm. Bütün diqqətimi Bakıdakı tapşırığa yönəltmişəm, “Quba”ya xeyir vermək istəyirəm. “Gəncə” ilə matçda debüt edə bilərəm. Həmin oyunu səbirsizliklə gözləyirəm. Komandaya kömək olmağa çalışacam”.