“Bura qızıl medal üçün gəlmişdim” – Maqomedxan

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan güləşçisi Maqomedxan Maqomedov açıqlama verib.

Futbolpress.az xəbər verir ki, idmançı olimpiadaya qızıl medal üçün gəldiyini söyləyib:

“Nəticəmdən razıyam. Medalsız da qala bilərdim. Amma bura qızıl medal üçün gəlmişdim. Özümü buna hazırlasam da, istəyimi reallaşdıra bilmədim. İllik hazırlıq prosesi plana uyğun getmişdi.

Bundan sonrakı planlarım? Hələ ki, evi gedib dincəlmək və bərpa prosesi keçməyi düşünürəm. Sonrasına baxarıq”.