İsveçrə millisinin baş məşqçisi Murat Yakın Avro-2024-də 1/4 finala yüksəlmələrini şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis İtaliyanı məğlub etdikləri (2:0) görüşdən sonra bunları söyləyib:
“Vacib oyun qazandıq. Əsas olan budur. Sabah necə olacağı isə başqa mövzudur. Meydanın hər qarışına nəzarət etdik və üstün oynadıq. İrəli baxmıram. Əldə etdiyimiz nəticələrin dadını çıxarmaq istəyirəm.
Həqiqətən, komanda şəklində əla oynadıq. Belə şeylərdən zövq alıram. Futbol belə olmalıdır. Bura gəlməyə layiqik”.