Azərbaycan Premyer Liqasının XXXIV turunun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Bu oyun bizimçün çox vacib idi. Komandada psixoloji vəziyyətin düzəlməsi baxımından önəmli idi. “Araz-Naxçıvan” da bizə çatmaq istəyirdi. Onlar da altıncı sırada olmaq istəyirlər. Oyunun əvvəlində nəzarət bizdə idi. Rəqibin də təhlükəli vəziyyətlər yarada bilirdi. İlk hissədə yaxşı hücumlarımız olsa sa, dəyərləndirə bilmədik. Qarşıda iki tur var, bundan sonra yeni mövsüm haqda düşünəcəyik.
– Sanki futbolçularının qələbə üçün çox da istəkli deyildi…
– Həvəssiz deməzdim, amma uşaqlar üzərində təzyiq yox idi. Baxsaq, meydançada çox yaxşı şeylər etmişik. Bunlar gələcəyimiz üçün vacib olacaq. Bəzən oyunun yükünü götürə bilmirdik, bu dəfə isə rahatlıq var idi.
– Kamal Bayramovun müsahibəsi geniş müzakirə olundu. Kapitan olaraq onun belə açıqlamalarına necə münasibət bildirirsiniz?
– O, kapitan kimi danışmalıydı. Bunu özünə də demişdim. Danışmasında nəsə bir şey yox idi. Bu gün komanda üçün önəmli adlardandır. Ancaq bəzi söhbətlərdə düzgün etmədi. Keçmişə qayıtmaq lazım deyildi. Ötən ildən möhkəmlənmək, özümüzəməxsus oyun üslubu yaratmağa çalışırıq. Bəzi oyunlarda alınır, bəzilərində yox. Alınmayanda təzyiqlər olacaq və normaldır. Ancaq Kamalın bir az da diqqətli danışmağı yaxşı olardı. Ona tövsiyələrimizi vermişik.
Şahin Cəfərov