Bundesliqaya vəsiqə qazanan birinci komanda məlum oldu

Almaniya Bundesliqasına vəsiqə qazanan birinci komanda məlum olub.

Futbolpress.az xəbər verir ki, II Bundesliqanın 33-cü turunda “Fortuna” ilə heç-heçə edən “Holştayn Kil” elitaya vəsiqəni təmin edib.

Komanda sona bir tur qalmış 65 xalla liderdir və üçüncü sıradakı “Fortuna”nı 5 xal qabaqlayır.