Bundesliqa klubundan 50 milyonluq transfer

“Brayton”un hücumçusu Deniz Undav karyerasını Almaniyada davam etdirəcək.

Futbolpress.az xəbər verri ki, bu barədə “Kicker” nəşri məlumat yayıb. 28 yaşlı hücumçu “Ştutqart”la razılaşıb. Keçidin yaxın zamanda açıqlanacağı gözlənilir.

Bundesliqa klubu Deniz üçün “Brayton”a 50 milyon avro ödəyəcək.

Undav ötən mövsümü icarə əsasında “Ştutqart”da keçirib. O, Bundesliqada 30 oyunda 18 qol vurub, 10 məhsuldar ötürmə edib.