Bundesliqa klubu Yunusa elçi düşdü

“Qalatasaray”ın forvardı Yunus Akgün karyerasını Almaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, 24 yaşlı hücumçunun xidmətində Dortmund “Borussiya”sı maraqlıdır. Bundesliqa klubu artıq futbolçunun transferi ilə bağlı danışıqlara başlayıb.

Yunus bu mövsüm “aslanlar”ın heyətində bütün turnirlər daxil olmaqla 27 matçda 11 qol və 6 asisstlə yadda qalıb.