“Ştutqart” futbolçusu Ömər Faruk Beyaz ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Ömər 2021-ci ildə “Fənərbağça”dan “Ştutqart”a keçib. O, Bundesliqa klubunda 5 oyunda meydana çıxıb.