Leverkuzen “Bayer”i “Renn”in müdafiəçisi Mikayil Fayeni transfer etmək niyyətindədir.
Futbolpress.az xəbər verir ki, Faye Bundesliqa təmsilçisinin 3 mərkəz müdafiəçisi namizədindən biridir. “Bayer” potensial transferin mümkünlüyünü və şərtlərini qiymətləndirmək üçün oyunçu və klubla dialoqa girib.
Onu da xatırladaq ki, Faye 2024-cü ilin avqustunda “Barselona”dan “Renn”ə keçib. Onun müqaviləsi 2028-ci ilin iyununa qədərdir. 20 yaşlı müdafiəçi bu mövsüm Liqa 1-də 9 matçda (2 sarı və qırmızı vərəqə) və Fransa Kubokunda bir matçda iştirak edib. “Transfermarkt” portalı seneqallı oyunçunu 10 milyon avro qiymətləndirir.