“Bavariya”nın baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasında “Barselona”ya uduzduqları oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:4 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Barselona” daha yaxşı oynadı və layiqli qələbə qazandı. İsti başla danışmaq düzgün deyil. Daha sonra oturub oyunu təhlil edəcəyik və səhvlərimizə baxacağıq.
Erkən qola reaksiya verə bildik. 30-cu dəqiqəyə kimi sərgilədiyimiz oyuna baxanda qələbə qazana biləcəyimizi hiss edirdim. Amma ikinci və üçüncü qollar oyunun seyrini dəyişdi. Bundan dərs çıxaracağıq və daha yaxşı olmağa çalışacağıq. Hələ mövsümün əvvəlidir və bir məğlubiyyət nələri dəyişmir.
Belə məğlubiyyətlərə bəhanə axtarmamalıyıq. Mümkün qədər tez nəticə çıxarmalıyıq”.