“Buna görə Berdıyevi Azərbaycana dəvət ediblər” – rusiyalı mütəxəssis

“Rubin”in sabiq futbolçusu Aleksey Popov Kurban Berdıyevin “Turan Tovuz”a baş məşqçi təyin edilməsinə münasibət bildirib.

Futbolpress.az “metaratings.ru” saytına istinadən xəbər verir ki, mütəxəssis təyinatla bağlı bunları söyləyib:

“Bu təyinatdan sonra komandanın yüksək yerlər uğrunda oynayacağını gözləmək lazımdır. Düşünürəm ki, məhz buna görə Berdıyevi Azərbaycana dəvət ediblər. Çətin olsa da, mübarizə aparmaq lazımdır. Berdıyevin işlərini görmüşük. O, layiqli rəqabət apara bilər.

Berdıyevə verməyə kifayət qədər pulları olduğu üçün yəqin ki, yüksək hədəfləri də var. İkinci və ya üçüncü olmaq problem olmayacaq. Amma məqsədləri çempionluq və avrokuboklardır”.

“Turan Tovuz” Berdıyevlə 2+1 illik müqavilə imzalayıb.