“Bugünkü oyunda sərfəli nəticə əldə edib, Bakıda mərhələ keçmək olar”

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində bu gün Xorvatiyada “Dinamo”nun qonağı olacaq. Zaqrebdə “Maksimir” stadionunda baş tutacaq görüşə saat 23:00-da start veriləcək.

“Qarabağ”ın keçmiş qapıçısı Fərhad Vəliyev “FutbolPress“ə açıqlamasında “atlılar”ın səfərdə yaxşı nəticə əldə edəcəyinə inandığını söylədi:

“Qarabağ”ın səfər oyununda yaxşı nəticə qazanacağını düşünürəm. “Dinamo” güclü rəqibdir, amma sərfəli nəticə əldə etmək olar. Düşünürəm ki, “Qarabağ” da onlar kimi Avropada kifayət qədər təcrübəlidir. Qurban Qurbanov nəyi edəcəklərini yaxşı bilirlər. Bugünkü oyunda sərfəli nəticə əldə edib, Bakıda mərhələ keçmək olar”.