İtaliyalı keçmiş qapıçı Canluici Buffonun oğlu Luis Buffon peşəkar futbolda debüt edib.
Futbolpress.az xəbər verir ki, 17 yaşlı hücumçu “Pisa”da B Seriyasında “Spetsiya” ilə oyunda meydana çıxıb. O, 84-cü dəqiqədə oyuna daxil olub.
Buna qədər “Pisa”nın U-19 komandasında çıxış edən Buffon “Primavera 2″də 20 oyunda 6 qol vurub.