“Bu yolda Azərbaycanla oyunlar çox əhəmiyyətlidir”

Qadın futbolçulardan ibarət Türkiyə millisinin baş məşqçisi Necla Güngör açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Avropa çempionatının seçmə mərhələsində Azərbaycana qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb:

“Püşk atılandan özümüzə bir yol cızmışıq. İndi bu yolda Azərbaycanla oyunlar çox əhəmiyyətlidir. İsveçrəyə məğlub olsaq da, Macarıstana qalib gəldik. İndi Azərbaycanla iki kritik oyunumuz var. Xəyallarımız üçün bu görüşlər önəmlidir”.

Türkiyə – Azərbaycan oyunu bu gün saat 21:00-da start götürəcək. Komandalar arasında Bakıdakı oyun isə iyunun 4-də olacaq.

B Liqasının 3-cü qrupunda 2 turdan sonra Azərbaycan yığması 1 xalla sonuncu – 4-cüdür. Türkiyə millisi isə 3 xalla ikinci sıradadır. Qrupa 6 xalla İsveçrə başçılıq edir. Macarlar isə 1 xalla üçüncü pilləni tutur.