“Qarabağ” Avropa Liqasının Liqa mərhələsinin VII turunda FCSB-ya (Rumıniya) məğlub olub – 2:3.
Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov “FutbolPress“ə açıqlamasında oyunla bağlı fikirlərini bölüşdü:
“Oyunda vacib qələbə lazım idi. Təəssüf olsun ki, alınmadı. “Qarabağ” oyuna yaxşı başladı. Hesabda irəli olsa da, elə qollar buraxdı ki… Oyun “Qarabağ”ın üstünlüyü ilə keçdi və rəqib əks-hücumlara bel bağladı. Rumınlar ciddi təhlükəli epizod yaratmasa da, künc zərbələrindən fərqləndi. Bu, tək “Qarabağ”ın yox, futbolumuzun yaralı yeridir. Bu nəticələrdən təhlillər aparıb, daha güclü heyət qurulmalıdır. Mənfi tərəflərdən biri də odur ki, bir çox oyunçu optimal formadan uzaqdır. Bu da zədələrlə bağlıdır. Lider oyunçular tam formada deyil və bu, nəticəyə təsir göstərdi.
Bu məğlubiyyətdə məşqçinin taktiki səhvi olmadı. Əldə olan resursdan maksimum yararlanmağa çalışdılar. Futbolçular da mübarizə apardılar, amma optimal formadan uzaq olmaq təsirini göstərdi”.
Şahin Cəfərov