Bu stadionun ot örtüyü dəyişdirilir – FOTOLAR

Binə qəsəbə stadionunda süni ot örtüyünün dəyişdirilməsi işləri davam etdirilir.

Futbolpress.az xəbər verir ki, yeni quraşdırılan süni ot örtüyü FIFA-nın ən son müasir standartlarına cavab verəcək və FIFA Quality Pro sertifikatına malik olacaq.

Binə qəsəbə stadionu hazırda I Liqa, II Liqa, Əvəzedicilər liqası, həmçinin aşağı yaş qrupu komandaları tərəfindən istifadə olunur.