“Bu qədər çox şey itirməyə öyrəşməmişəm. Çox səbrim yoxdur”

“Mançester Yunayted”in çalışdırıcısı Ruben Amorim futbolçularına “Liverpul”a qarşı oyunda məğlub olmamaqları üçün ciddi xəbərdarlıq edib.

Futbolpress.az xəbər veriri ki, dörd matçlıq məğlubiyyət seriyası ilə bağlı “Sky Sports”a danışan Amorim belə deyib:

“Ən çətin hissəsi oyunları itirməkdir. Mən uduzmağa öyrəşməmişəm. “Mançester Yunayted”ə çox şey itirməklə çatmırsınız və bu, ən çətin hissədir. Kənardan gələn təzyiq deyil, içəridəki təzyiqdir. Çox səbrim yoxdur, tez incidirəm və bu, ən çətin hissəsidir, çünki başqaları ilə deyil, özümlə yaşamalıyam”.

Amorim, “qırmızı şeytanlar”ın “Liverpul”a qarşı bir nəticə əldə etməsini və nəhayət, yeni ilə müsbət notda başlamaq üçün məğlubiyyət seriyasını bitirməsini təmin etmək üçün taktikasını dəqiqləşdirməli olacaq.