“Barselona” La Liqanın XVII turunda “Leqanes”lə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Ronald Arauxo bu oyunda meydana çıxa bilər. Bu barədə baş məşqçi Hans-Diter Flik məlumat yayıb.
Arauxo mövsümün əvvəlində ciddi zədə almışdı. O, “Leqanes”lə görüşdə meydana çıxsa, bu mövsüm ilk dəfə rəsmi matçda oynamış olacaq.
Görüşə saat 00:00-da start veriləcək.