“Bu məğlubiyyətdən dərs çıxarmalıyıq” – “Ludoqorets”in baş məşqçisi

“Ludoqorets”in baş məşqçisi Georgi Dermendciev Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a məğlub olduqları görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:7 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Çətin məğlubiyyətdir. Çoxlu səhvlər etdik və qollar buraxdıq. İlk qol da bizim səhvimizdən oldu. Daha sonra risk etməyə başladıq və belə çoxlu qollar vuruldu. Bəlkə də, diqqətimiz çatışmadı. 

Bu məğlubiyyətdən dərs çıxarmalıyıq. Belə oyunlar komandanı yüksəldir. Pley-off mərhələsinə yüksəlmədiyimiz üçün təəssüf edirəm”.