“Akron”un futbolçusu Artem Dzyuba maraqlı açıqlama ilə gündəmə gəlib.
Futbolpress.az xəbər verir ki, 36 yaşlı hücumçu “yenidən millidə oynayarsanmı” sualına belə cavab verib:
“Millidə Vyetnam, Kubaya qarşı oynayarammı? Əlbəttə, asan rəqiblərdir. Bu komandalara qarşı sərxoş halda da oynaya bilərəm”.
Dzyuba Rusiya yığmasında 55 oyunda 30 qol vurub.