Bu gün son oyuna çıxacaq

“Liverpul”un və Uels millisinin sabiq futbolçusu Co Allen karyerasını bitirməyə qərar verib.

Futbolpress.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü açıqlama verib. O, bu gün “Suonsi” formasıyla “Oksford”la matçda sonuncu dəfə meydana çıxacaq.

Allen 2012-2016-cı illərdə “Liverpul”da çıxış edib. O, Uels yığmasında 77 oyunda 2 qol vurub.