Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Futbolpress.az xəbər verir ki, toplantı saat 14:30-da başlayacaq.
İclasın gündəliyində aşağıdakı məsələlər daxil edilib:
1. Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi
2. Futzal üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
3. Çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi vəzifəsinə təyinatın müzakirəsi
4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr
5. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi
6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi
7. Digər məsələlər.