“Bu cür qarşılaşmalarda nəticə önəmli deyil” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov yoxlama oyununda “Gənclərbirliyi”nə qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis Türkiyə təmsilçi ilə matçdan sonra bunları deyib:

“Artıq Qızılcahamamdakı hazırlığımızın demək olar ki, böyük bir hissəsini arxada qoymuşuq. Komanda olaraq əsasən taktiki və texniki məsələlər üzərində işləyirik. Bununla yanaşı fiziki hazırlıqlarımız da davam edir. Bugünkü yoxlama matçında da üzərində işlədiyimiz bir çox taktiki gedişləri sınaqdan keçirdik.

Keçən oyundan sonra da qeyd etmişdim ki, bu cür qarşılaşmalarda nəticə önəmli deyil. Əsas olan odur ki, artıq oyunçularım onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar. Amma üzərində işləməli olduğumuz məsələlər var və bunları bilirik, bu yöndə məşqlərə davam edəcəyik”.