“Bu şəraitlə Premyer Liqada qalmaq uğurdur” – Səmədov

“Kəpəz” Premyer Liqanın sonuncu – XXXVI turunda “Turan Tovuz”la üz-üzə gələcək. Mayın 26-da Tovuz şəhər stadionunda baş tutacaq görüşə saat 17:00-da start veriləcək.

“Kəpəz”in futbolçusu Əli Səmədov “FutbolPress”ə açıqlamasında “Qərb derbisi”ndən gözləntilərini bölüşdü:

“Bizimçün lazım olan elitada qalmaq idi, onu da təmin etmişik. Ancaq “Turan Tovuz”la oyun derbidir və qələbə vacibdir. Komanda olaraq buna köklənmişik, yaxşı nəticə ilə mövsümü başa vurmaq istəyirik. Bu, azarkeşlərimiz üçün də vacibdir.

Səmədov bumövsümkü çıxışlarına və komandadakı taleyinə də toxundu:

“Əsas hədəfimiz Premyer Liqada qalmaq idi. Bu şəraitlə elitada qalmaq uğurdur. Özümlə bağlı hələ bir şey bilmirəm. Əvvəlcə klubla danışacam, sonra qərarımı verəcəm. Hər şey mövsüm bitəndən sonra məlum olacaq”.

Şahin Cəfərov