“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
Futbolpress.az xəbər verir ki, brifinq keçirən mütəxəssis komandanın Avstriya toplanışını dəyərləndirib:
“Hazırlığımız pis alınmadı. Birinci hissəsini Bakıda, ikincini Avstriyada keçirdik. Sonluğu yaxşı oyunlarla etdik. Futbolçuların hər birindən razı qaldıq. Bəlkə, bir oyun da əlavə oynasaydıq, daha yaxşı olardı. Hər futbolçu şans qazandı. Bir neçə oyundan sonra tam idman formasını qaytaracaq”.
Qurbanov komandasının Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Linkoln” haqda da danışıb:
“Linkoln”un heyətində dəyişikliklər var. 5 yeni oyunçuları meydanda idi. Demək olar, oyun sistemlərini daha yaxşılaşdırıblar. Bərk komandadırlar, süni örtüklü meydançada oynayırlar. Bu, bizim üçün o qədər xoş olmayacaq. Ötən il də çətinlik olmuşdu. Kənardan rahat qələbə qazanacağımız görünürdü, amma əksi oldu. Çalışırıq, oyuna tam motivasiya və ciddiyətlə hazırlaşaq. Rəqib bunu tələb edir”.