Bruno “Mançester Yunayted”lə müqaviləni uzatdı

İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi ilə müqaviləni uzadıb.

Futbolpress.az “qırmızı şeytanlar”ın mətbuat xidmətinə istinadən məlumat verir ki, Bruno Fernandeş daha 3 il “Mançester Yunayted”də qalacaq. Portuqaliyalı pleymeykerlə müqavilə 2027-ci ilə qədər yeniləyib. Fernandeş 2020-ci ildə Portuqaliyanın “Sportinq” klubundan “Mançester Yunayted”ə keçib.