Braziliya mundiala ev sahibliyi edəcək

Braziliya 2027-ci ildə keçiriləcək qadınlar arasında dünya çempionatına ev sahibliyi edəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə qərar Taylandın paytaxtı Banqkokda keçirilən FIFA-nın 74-cü Konqresində verilib.

Qeyd olunub ki, Belçika, Niderland və Almaniya da iddialı imiş.

Sonuncu dünya çempionatı 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçirilib. Turnirin çempionu isə İspaniya millisi olub.