Braziliya millisinin üzvü “Əl Nəsr”ə keçdi

“Əl Nəsr” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi Braziliya yığmasının qapıçısı Bentonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qolkiper ölkəsinin “Atletiko Paranaense” klubundan transfer edib.

Bento ilə 4 illik müqavilə imzalanıb. Qolkiper Braziliya yığmasında bir oyuna çıxıb.