“Brayton” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi “Seltik”dən Mett Oraylini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Orayli 2022-ci ilin yanvarından “Seltik”də forma geyinirdi. Şotlandiyalı yarımmüdafiəçi Qlazqo təmsilçisində 124 oyunda 27 qol vurub, 35 məhsuldar ötürmə edib.