Çilili qolkiper Klaudio Bravo karyerasını bitirib.
Futbolpress.az xəbər verir ki, son klubu “Betis” olan 41 yaşlı qolkiper bununla bağlı özü açıqlama verib.
Bravo karyerası ərzində ölkəsində “Kolo-Kolo”, İspaniyada “Real Sosyedad”, “Barselona”, “Betis” və İngiltərədə “Mançester Siti”də forma geyinib.
Klaudio karyerasında 613 matçda meydana çıxıb və 692 qol buraxıb. O, 222 görüşdə isə qapısını toxunulmaz saxlayıb.