“Braqa”nın yetirməsi “Kəpəz”də

Transfer çalışmalarını davam etdirən “Kəpəz” tam adı Paulo Rojerio Veyqa dos Santos olan qolkiperlə müqavilə bağlayıb.

Futbolpress.az xəbər verir ki, Portuqaliyalı qapıçının son klubu vətənində aşağı liqa təmsilçisi “Lenk Vilaverdense” olub. 25 yaşlı “çərçivə” qoruyucusu ilə 1 illik müqavilə imzalanıb.

Rojerio “Braqa” akademiyasının yetirməsidir. O, ölkəsinin aşağı yaş qrupları üzrə yığma komandalarının üzvü olub.