BOS-dakı VAR mərkəzi bağlandı

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 01.02.2025-ci il tarixinədək fəaliyyətini dayandırıb.
Futbolpress.az xəbər verir ki, bu səbəbdən 2024/2025-ci illər mövsümü üzrə
Azərbaycan Kuboku və Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq. Qeyd edək ki, AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var.
AFFA ötən mövsümlərdə olduğu kimi, Misli Premyer Liqasının və Azərbaycan Kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacaq.