“Borussiya”nın yetirməsi “Benfika”da

“Benfika” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Portuqaliya təmsilçisi “Haydenhaym”dan Yan-Niklas Besteni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Benfika” 27 yaşlı yarımmüdafiəçi üçün 15 milyon avro ödəyəcək.

Beste Dortmund “Borussiya”sının yetirməsidir. O, karyerası ərzində “Emmen”, “Verder”, “Haydenhaym”da çıxış edib.