“Borussiya”nın yeni baş məşqçisi açıqlandı

Dortmund “Borussiya”sının yeni məşqçisi məlum olub.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Nuri Şahinə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Türkiyəli mütəxəssislə üç illik müqavilə imzalanıb.

Nuri bu postda bir neçə gün əvvəl istefa verən Edin Terziçi əvəzləyib.