“Borussiya”nın hücumçusu rəsmən “Vest Hem”də

“Vest Hem” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Dortmund “Borussiya”sından Niklas Fulkruqu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.

“Vest Hem” Fulkruq üçün 27 milyon avro ödəyəcək.