“Borussiya”nın futbolçusu Donyell Malen karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, niderlandlı hücumçu “Aston Villa” ilə razılaşıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Futbolçu Premyer Liqa təmsilçisi ilə şəxsi razılığa gəlib, lakin klublar hələ ortaq məxrəcə gələ bilməyiblər. “Borussiya” Malen üçün 30 milyon avro tələb edib.
Hücumçu bu mövsüm 20 oyunda 5 qol vurub.