Dortmund “Borussiya”sının futbolçusu Yussufa Mukoko karyerasını Fransada davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, 19 yaşlı hücumçu “Marsel”lə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yaıb. Alman hücumçu 2025-ci ilin yayına kimi “Marsel”də icarədə oynayacaq.
2020-ci ildən “Borussiya”nın əsas komandasında çıxış edən Mukoko Dortmund təmsilçisində 99 oyunda 18 qol vurub, 8 məhsuldar ötürmə edib.