“Borussiya”nı çalışdıra bilər

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Dortmund “Borussiya”sına rəhbərlik edə bilər.

Futbolpress.az xəbər verir ki, Almaniya klubu hazırda mütəxəssislə müqavilə bağlamağa hazırdır. Ranqnik artıq “Borussiya”nın liderləri Hans-Yoahim Vatske və Lars Rikkenlə görüşüb. 

Dortmundluların digər variantı isə Niko Kovaçdır.