“Borussiya”dan “Fənərbağça”ya təklif

Almaniyanın “Borussiya” klubu “Fənərbağça”nın futbolçusu İsmail Yükseki transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, Dortmund təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün 16 milyon avro təklif edib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. “Fənərbağça” hələ təklifə rəsmi cavab verməyib.

İsmail İstanbul klubunda ümumilikdə 82 oyunda 2 qol vurub, 7 məhsuldar ötürmə edib.