Dortmund “Borussiya”sının futbolçusu Yulian Brandt yayda klubu tərk etmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə Almaniyanın “Sky” nəşri məlumat yayıb. Brandt qərarında qətidir və artıq klub axtarışına başlayıb.
28 yaşlı cinah oyunçusu bu mövsüm 34 oyunda 4 qol vurub, 10 məhsuldar ötürmə edib.
“Transfermarkt”da dəyəri 35 milyon avro olan Yulianın klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.