“Borussiya”dan 17,5 milyon avroluq transfer

“Ştutqart”ın hücumçusu Seru Girassi karyerasını Dortmund “Borussiya”sında davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Dortmund təmsilçisi forvardın sərbəstqalma məbləği olan 17,5 milyon avronu ödəməklə futbolçunu heyətinə qatıb.

Girassi ötən mövsüm 30 oyunda 30 qol vurub, 3 məhsuldar ötürmə edib.