“Borussiya”da baş məşqçi ayrılığı – rəsmi

Dortmund “Borussiya”sında baş məşqçi Edin Terziçlə yollar ayrılıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis öz istəyi ilə vəzifəsindən gedib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniya mətbuatının iddiasına görə, Terziçi türkiyəli mütəxəssis Nuri Şahin əvəz edəcək.

“Borussiya” Edinin rəhbərliyi altında 2023/24 mövsümündə Çempionlar Liqasının gümüş medallarını qazanıb.