Son mövsümü icarə əsasında “Ayaks”da keçirən Fransişku Konseysau karyerasını Almaniyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb. Dortmund “Borussiya”sı və “Leypsiq” portuqaliyalı hücumçunun xidmətində maraqlıdır.
Konseysau ötən mövsüm 43 oyunda 8 qol vurub, 8 məhsuldar ötürmə edib.
21 yaşlı futbolçu müqavilə ilə “Portu”ya məxsusdur.