“Borussiya” onun üçün 18 milyon istəyir

Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Covanni ReynaMilan”a gedə bilər.

Futbolpress.az xəbər verir ki, “rossonyerilər” amerikalı futbolçunun nümayəndələri ilə danışıqlar aparır. Lakin hələlik Dortmund təmsilçisinin rəhbərliyi ilə əlaqə saxlamayıblar. Ancaq durumdan xəbərdar olan “Arılar” futbolçusunun transferi üçün 15-18 milyon avro istəyir.

22 yaşlı oyunçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.