“Borussiya” ona qiymət qoydu

Dortmund “Borussiya”sı futbolçusu Karim Adeyeminin transfer dəyərini müəyyənləşdirib.

Futbolpress.az xəbər verir ki, Almaniya klubu hücumçunun satışından 50 milyon avro qazanmağı planlaşdırır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

İtaliyanın “Yuventus” klubu 22 yaşlı vingerin xidmətində maraqlıdır. Tərəflər arasında qarşıdakı həftədə görüş keçirilməsi planlaşdırılır.

Adeyemi ötən mövsümdə 34 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.