Dortmund “Borussiya”sının yeni baş məşqçisi açıqlanıb.
Futbolpress.az xəbər verir ki, komandanı Niko Kovaç tapşırılacaq. Bu barədə klubun direktoru Lars Rikken məlumat yayıb. O, mütəxəssislə şəxsi razılığa gəldiklərini bildirib.
Kovaçın son ünvanı “Volfsburq” olub. O, daha öncə “Bavariya”, “Monako” və Xorvatiya millisində işləyib.