Dortmund “Borussiya”sı “Norsyelland”ın yarımmüdafiəçisi Danyel Svenssonu mövsümün sonuna qədər icarəyə götürüb.
Futbolpress.az xəbər verir ki, 22 yaşlı futbolçu yeni komandasında 24 nömrə altında çıxış edəcək. Almaniya təmsilçisinin Danimarka klubuyla anlaşmasında oyunçunun satınalma bəndi də yer alır.
İsveçli yarımmüdafiəçi klubunun heyətində bütün turnirlərdə 19 oyun keçirib və bir məhsuldar ötürmə edib. O, həmçinin oktyabr ayında İsveç millisində debüt edib..