“Borussiya” hücumçusunu Fransaya göndərdi

“Nitsa” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Fransa klubu Dortmund “Borussiya”sından Yussuf Mukokonu heyətinə qatıb. Oyunçu ilə icaarə müqaviləsi 2025-ci ilin yayına kimidir. Fransa təmsilçisi mövsümün sonunda oyunçunun transfer hüquqlarını ala bilər.

Mukoko “Borussiya”da 99 oyunda 18 qol vurub, 8 məhsuldar ötürmə edib.