“Bornmut”da qalmaq istəyir

İspaniyalı qapıçı Kepa Arrisabalaqa “Bornmut”da oynamağa davam etmək istəyir.

Futbolpress.az xəbər verir ki, 30 yaşlı qolkiper hazırda bu klubda icarə əsasında çıxış edir və onun hüququ “Çelsi”yə məxsusdur. Kepa icarə müddəti bitdikdən sonra da “Bornmut”da qalmaq istəyir.

Xatırladaq ki, təcrübəli qapıçının “zadəganlar”la müqaviləsi 2026-cı ilin yayına kimidir.